Gəncədə qanunsuz tikinti aşkarlanıb. Bu haqda 25 aprel tarixində FHN-ə istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər həyata keçirilib. Nəticədə qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.