Gəncədə erməni terroru ilə bağlı film çəkilib. Bu haqda 17 oktyabr tarixində Report-a istinadən məlumat veririk.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumları və nəticədə yaşanan insanlıq faciəsi barədə sənədli film hazırlanıb. Ekran əsəri “Qanadı sınmış mələklər” adlandırılıb. Burada sözügedən hadisələr nəticəsində dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqlardan bəhs edilir.
Xatırladaq ki, Vətən müharibəsi zamanı Nizami yurdu Ermənistan silahlı qüvvələri tərəfindən beş dəfə raket atəşinə tutulub. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.