top
Qəzada ölən Goranboy sakini narkotik daşıyırmış
11 mart 2026, 15:15
- ↺ +

Qəzada ölən Goranboy sakini narkotik daşıyırmış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyan rayonunda baş verən yol qəzası bir nəfərin ölümü ilə nəticələnib.

Qəza martın 11-də Ələt–Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib. 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb. 

Qəza nəticəsində avtomobildə sərnişin olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, qəzadan sonra avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü izahatında bildirib ki, onlar bir gün əvvəl Bakı şəhərindən kirayə götürdüyü avtomobillə Biləsuvar rayonuna gediblər. Onun sözlərinə görə, qohumu Namaz Babayev həmin ərazidə bir ünvandan qara polietilen torba götürərək avtomobilə qayıdıb.

Bakı istiqamətində geri qayıdarkən yolda sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşündüyü üçün avtomobili saxlamaq istəyib. Lakin N.Babayev buna etiraz edib, əlindəki torbanı pəncərədən atıb və sürücünü bıçaqla hədələyərək sürəti artırmasını tələb edib.

Bundan sonra sürücü yüksək sürətlə hərəkətini davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Oxşar xəbərlər