top
Qəbiristanlıqda illər əvvəl baş verən qətlin qatillərindən biri ağır cəza aldı
22 may 2025, 10:09
- +

Qəbiristanlıqda illər əvvəl baş verən qətlin qatillərindən biri ağır cəza aldı

 

Yevlax rayonunda 13 il əvvəl qətl törətməkdə ittiham olunan Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Cavid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.аz xəbər verir ki, hadisə 26 sentyabr 2012-ci ildə, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında qeydə alınıb. Belə ki, Rauf Qarayev öldürülüb, onun atası Eldar isə yaralanıb.

Həmin dövrdə bu cinayəti törədən mütəşəkkil dəstənin üzvləri - Mehman Əmrahov, Xəyal Fərzanlı və Qasım Qasımov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Onlar məhkəmə məsuliyyətinə cəlb olunublar.

Lakin mütəşəkkil dəstənin üzvlərindən Cavid Seyidov cinayət məsuliyyətindən yayınıb və uzun illər axtarışda olub. O, illər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq araşdırması zamanı məlum olub ki, mütəşəkkil dəstənin üzvləri narkotik alveri ilə məşğul olub. Onlardan biri narkotik alverçisinə onlara narkotik satmaması ilə bağlı hədə-qorxu gəlib. Bu münaqişədən sonra mütəşəkkil dəstə arasında münasibətlər daha da kəskinləşib.

Onlar Havarlı kənd qəbiristanlığında görüş təyin ediblər, kimin daha güclü olmasını nümayiş etdirmək istəyiblər. Görüş yerində isə ağır cinayət hadisəsi baş verib.

Onun barəsində 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəkidə olan zaman Elgün ona zəng edib və harada olduğunu soruşub:

“Mingəçevir şəhərinə gəldikdən sonra stadionda Elgünlə görüşdüm. Hadisə baş verənə qədər mövzunun nə olduğunu bilmədim. Adam çox olduğuna görə də bu barədə Elgündən heç nə soruşmadım. Daha sonra Azər adlı şəxs maşınla gəldi. Mən, Elgün, Mehman və Qasım birlikdə Havarlı kənd qəbiristanlığına getdik. Ora çatdıqdan sonra həmin ərazidə başqa maşınların da olduğunu gördüm. Hadisə yerinə çatandan sonra Azər və Qasım maşından düşmədilər. Elgün və Mehman maşından düşdülər. Ancaq mən düşərək maşının yaxınlığında dayandım. Hadisə zamanı heç kimi hədələməmişəm. Hadisə yerinə çatıb maşından düşəndən bir dəqiqə sonra, istintaq zamanı adını öyrəndiyim Eldar adlı şəxsin əlində avtomatla yaxınlaşaraq atəş açdığını gördüm. Elgün, Mehman və Eldar arasında mübahisə oldu. Amma kimin kimi vurduğunu və hansı xəsarətlər yetirdiyini bilməmişəm. Daha sonra maşına oturaraq Qasım və Azərlə birlikdə hadisə yerindən uzaqlaşaraq şəhərə getdim. Bir müddət sonra Elgün, Mehman və Elsevərlə görüşdüm. Həmin şəxslər mənə Şəkiyə getməyi təklif etdi. Birlikdə Şəkiyə gəlib çatdıq. Mənim üstümdə bir az pul olduğu üçün Şəkiyə birgə gəldiyim şəxslər məndən onları Bakıya yola salmağı istədilər. Mən də tanış adamımın maşınına benzin tökərək həmin şəxsləri Bakıya yola saldım. Sonra qayıdaraq Gürcüstana getdim. Mənim bu hadisədə heç bir günahım yoxdur, heç kimi öldürməmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, onu hadisə yerinə Elgün çağırıb, amma nə məqsədlə ora getdiklərini bilməyib: “Elgün məni dəvət edəndə sadəcə “gəl görüşək” dedi. Elgünlə Mingəçevir şəhər stadionunda görüşmüşdüm. Elgün gələrək mənə “otur maşına, gedək” dedi və getdik. Ancaq hara və hansı səbəbə görə getdiyimizi bilmədim. Mən, Azər, Qasım, Elgün və Mehman birlikdə maşına oturaraq Havarlı kənd qəbiristanlığına getdik. Hadisə yerində maşın üzü yola tərəf dayanmışdı. Mən sürücünün arxasında əyləşmişdim. Elgün və Mehman isə məndən qabaqda olublar”.

Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi ilə tanış olan zaman adını öyrəndiyi Eldar adlı şəxsin əlində olan silahla atəş açdığını, Elgün və Mehmanla münaqişə etdiyini görüb, daha sonra söyüşlər və güllə səsi eşidib: “Azərbaycanı tərk etdikdən sonra Elgün bu şəxslərə bildirib ki, desinlər, hər şeyin səbəbkarı Cavid olub. Hadisədən 2 gün sonra Rusiyaya getdim. Mən Rusiyaya getməyi əvvəlcədən planlaşdırmışdım. Hadisədən sonra qəbiristanlığa qayıtmamışam, hadisə yerində cəmi bir dəfə olmuşam”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Cavid Seyidov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmündən narazı qalan təqsirləndirilən şəxs, onun müdafiəçisi apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti verib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət və protest qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Cavid Seyidov Cinayət Məcəlləsinin 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddələr üzrə ona cəza təyin olunmayıb.

Bundan başqa, dövlət ittihamçısının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə ittihamdan imtinası qəbul edilib və Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilib.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bundan sonra təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən kasasiya şikayəti verilib. Şikayətlə bağlı Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin olunmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
Bu gün, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
Dünən, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:31

Zibil atmağa sevgilisindən icazəsiz gedən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 12:36

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
Dünən, 11:00

Hərbi xidmətə çağırış başladı

Bütün xəbərlər
Dünən, 10:26

Gəncədə 10 hektara yaxın ərazi məişət tullantılarından təmizlənib

Bütün xəbərlər
Dünən, 09:58

Zarafat üstündə həmkəndlisini bıçaqlayaraq qətlə yetirdi

Bütün xəbərlər
30 iyun 2026, 17:19

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
30 iyun 2026, 16:32

Ata qızında keçmiş ərinin mesajlarını gördü, onu döyərək öldürdü - MƏHKƏMƏ

Bütün xəbərlər
30 iyun 2026, 15:54

Gəncədə 900 nəfər səhər idmanı etdi

Bütün xəbərlər
30 iyun 2026, 15:14

Gəncədə ilin ilk kvartalında tikinti işlərinə 12,8 milyon manat xərclənib

Bütün xəbərlər
30 iyun 2026, 14:32

"Gəncə" braziliyalı voleybolçunu heyətinə qatıb

Bütün xəbərlər
30 iyun 2026, 13:55

Gəncə Memorial Kompleksinin ərazisi yenidən işıqlandırıldı

Bütün xəbərlər
30 iyun 2026, 12:41

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

Bütün xəbərlər
30 iyun 2026, 11:40

"Ford"la VAZ toqquşdu, sürücü yaralandı

Bütün xəbərlər
30 iyun 2026, 11:05

Közərmə lampalarının satışı qadağan edilir

Bütün xəbərlər
30 iyun 2026, 10:11

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Bütün xəbərlər
30 iyun 2026, 09:00

Milli Sevgililər Günüdür

Bütün xəbərlər
29 iyun 2026, 17:36

Gəncədə bu ərazinin sakinləri üfunətdən boğulur

Bütün xəbərlər
29 iyun 2026, 17:21

Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ

Bütün xəbərlər
29 iyun 2026, 16:04

Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var

Oxşar xəbərlər