Ötən gecə Mingəçevirdə qayıq qəzası baş verib.
Yüksək sürətlə hərəkət edən qayıq idarəetmədən çıxaraq "River Side" hotelinin restoranına çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu qeyd edilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı quruma məlumat daxil olmayıb.
Mənbə: xitab24.аz