top
Qardaşına görə xalçaya çıxmayan gəncəli idmançı
18 mart 2026, 17:42
- ↺ +

Qardaşına görə xalçaya çıxmayan gəncəli idmançı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sambo üzrə ikiqat Avropa və birqat dünya çempionu Amil Qasımov uzun illərdən sonra müsahibə verib.

İdman.Biz Azərbaycanın sambo üzrə sonuncu dünya çempionu ilə müsahibəni təqdim edir.

- Siz Gəncədə doğulmusunuz və burada güləş həmişə prioritet olub. Necə oldu ki, sambo ilə məşğul oldunuz?

- Mənim seçimim yox idi (gülür). Qardaşım Ramil Qasımov – para cüdo üzrə Paralimpiya çempionudur və o da karyerasına sambodan başlayıb. Əmim oğlu Şahmurad Qasımov da samboçudur, dünya çempionudur. Belə böyük qardaşların olduğu yerdə bu idman növündən yan keçmək mümkün deyildi. Üstəlik, mənim vaxtımda Gəncədə sambo cüdo və sərbəst güləşdən daha populyar idi.

- Amma qardaşınız sonda cüdonu seçdi…

- Bəli, yaxşı nəticələr göstərirdi. Sonra görmə qabiliyyəti ilə bağlı problemlər yarandı, əvvəl çıxışlarını dayandırdı, daha sonra para cüdoçu kimi davam etdi və 2016-cı ildə çempion oldu. Mən isə samboda qaldım, ayrıla bilmədim. Birincisi, burada özümü daha rahat hiss edirdim. Nəticələr də bunu göstərir: cüdoda maksimum ölkə çempionatında ikinci olmuşam. Samboda isə dünya çempionu, ikiqat Avropa çempionuyam.

- Buna baxmayaraq, cüdoda qardaşınıza görə Azərbaycan çempionu ola bilmədiniz…

- Bu da fakt deyil (gülür). Bəli, bir dəfə eyni çəki dərəcəsində - 73 kq-da çıxış etdik və yarımfinalda qarşılaşdıq. Təbii ki, güləşmədik - mən sadəcə xalçaya çıxmadım. O isə məni çox razı salmağa çalışırdı ki, çıxış edim. Amma mən kiçik qardaş kimi başqa cür davrana bilməzdim.

- 2014-cü ildə dünya çempionu oldunuz, amma titulunuzu qoruya bilmədiniz. Nə çatmadı?

- İlk Avropa Oyunlarında aldığım zədə mane oldu. Orada "gümüş" qazandım. Dünya çempionatına cəmi üç ay qalırdı və tam bərpa oluna bilmədim. Amma psixoloji səhv də oldu: Avropa çempionluğundan sonra arxayınlaşdım, düşündüm ki, dünya çempionatını da asan qazanacağam. Nəticədə finalda uduzdum və titulumu qoruya bilmədim.

- Niyə son 12 ildə yeni dünya çempionumuz olmayıb?

- İstedadlı idmançılar var, federasiya da yeni ulduzların axtarışı üçün böyük iş görür. Problem ondadır ki, çempion olmaq hər kəsə nəsib olmur. Bunun üçün sona qədər getməyə hazır olmaq lazımdır. Əminəm ki, Azərbaycan sambosunda yeni dünya çempionu uzaqda deyil.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Oxşar xəbərlər