Gəncədə təqdimat mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 7 sentyabr tarixində məlumat daxil olub.
Tədbir Mərkəzi Kitabxanada baş tutub. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yazıçı Qərib Mehdinin sayca 51-ci kitabı təqdim olunub. Əsər “16-lar” adlanır. Kitabda Ramiz Rövşən, Elçin Əfəndiyev, Nüşabə Məmmədli, Xəzangül Hüseynova, Aydın Murovdağlı, Aləmzər Əlizadə və s. olmaqla ümumilikdə 16 yazarımızdan bəhs olunur.
Təqdimat mərasimində Barat Vüsal, Fazil Sənan, Zaur Quliyev, Eltun Türkel və başqaları iştirak ediblər.
[modula id="47559"]