Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib.
Gencexeber.az məlumat verir ki, ötən axşam Qazaxda 98 xəstənin müalicə aldığı ikimərtəbəli xəstəxananın mətbəxində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Müalicə alan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın nəticəsində mətbəx və ərzaq anbarı yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Mətbəx təmir edilənədək xəstəxananın həyətində 50 nəfərlik çadır qurulub, yemək hazırlanması üçün müvəqqəti mətbəx yaradılıb.