top
Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq
22 sentyabr 2026, 16:14
- ↺ +

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi".

Bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır: "Çünki "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan "AzerGold" bütün ekoloji standartlara cavab verməlidir".

Mənbə: apa.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

Sabiq deputat "Şərəf" ordeni ilə təltif edilib

Bütün xəbərlər
Bu gün, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 20:24

Gəncəlilər hər axşam zəhərli tüstünün təsirinə məruz qalırlar

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər