Gəncədə qaraçılarla bağlı növbəti tədbir keçirilib. Bu haqda 14 oktyabr tarixində DİN-ə istinadən xəbər veririk.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata əsasən, şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların narazılığına səbəb olan şəxslərlə bağlı əməliyyat keçirilib. Nəticədə daha 21 nəfər saxlanılıb və barələrində inzibati qaydada tədbir görülüb.
Xatırladaq ki, son 3 gün ərzində şəhər ərazisində 100-ə yaxın avara və dilənçiliklə məşğul olan şəxs saxlanılaraq barələrində tədbir görülüb və qeydiyyatda olduqları rayona göndəriliblər.