Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 17 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Zülfüqar İsmayılov küçəsində qeydə alınıb. Burada üçotaqlı yaşayış evlərindən birində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. İlkin ehtimala əsasən, hadisəyə səbəb qısaqapanma olub.
Şahidlərin sözlərinə görə, əmlakın sahibləri evdə olmadığı üçün heç kim xəsarət almayıb.