Göygöldə vətəndaşı odlu silahla hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gencexeber.az-ın məlumatına əsasən, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sərxoş halda ov tüfəngi ilə qohumunu hədələməkdə şübhəli bilinən rayon sakini İ.Ağakişiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.