Gəncə təmsilçisinin "Fan Shop"u fəaliyyətə başlayıb. Bu haqda 23 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
Şəhərin baş meydanında təşkil olunan "Novruz" yarmarkasında “Kəpəz”in stendləri qoyulub. Burada klubun "Fan Shop"u fəaliyyət göstərir. Burada klubun atributlarını və formalarını almaq mümkündür. Stenddə, həmçinin FİF tərəfindən həyata keçirilən "Kəpəz100k" layihəsi çərçivəsində ianə kampaniyası haqqında məlumat verilir. Maraqlananlara piksel alınmasında dəstək göstərilir.
Bundan başqa, "Fan Shop"da Misli Premyer Liqasının XXVIII turu çərçivəsində 1 aprel tarixində keçiriləcək "Kəpəz" - "Səbail" oyununa bilet satışı da təşkil edilir.