Gəncədə gürcü şairin xatirəsinə lövhə vurulub. Bu haqda 27 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Bu haqda Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində Baş nazir Əli Əsədov bildirib. O, qeyd edib ki, Nizami yurdunda görkəmli gürcü şair Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə onun xatirə lövhəsi quraşdırılıb.
Bundan başqa, Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adı verilib və bu, müvafiq qaydada rəsmiləşdirilib.