top
“Nimesil”in satışının qadağan olunması ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
20 may 2025, 09:52
- +

“Nimesil”in satışının qadağan olunması ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

 

Son vaxtlar sosial şəbəkələrdə “Nimesil” dərmanının  satışının qadağan olunmasıyla bağlı yenidən iddialar ortaya atılıb. Ümumiyyətlə, toz tərkibli bu dərmanla bağlı müzakirələr davamlı olaraq aparılır. Bəzi fikirlərə görə “Nimesil” orqanizm üçün ziyanlıdır, onun tez-tez istifadəsi fəsadlara yol aça bilər. Elə dərmanın qadağasıyla bağlı yayılan iddialarda da bu amillər səbəb kimi göstərilib.

Həqiqətən də “Nimesil” qadağan edilir?

Bizim.mediа məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

Mərkəzdən sayta bildirilib ki, “Nimesil”in qadağan olunmasıyla bağlı iddialar doğru deyil.

“Bu tərkibli dərman vasitələri ölkəmizdə dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra, istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb.

Mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün Nimesil) içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür. İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir”, - deyə açıqlamada qeyd olunub.

Həmçinin bildirilib ki, bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir.

“Ümumiyyətlə bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı müsbət qiymətləndirilməlidir. Eyni zamanda onu da qeyd etmək istərdik ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil”.

Geniş müzakirələrə səbəb olan bu dərmanın tərkibi yoxlanılıbmı?

“Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin, müvafiq risklər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir. Nimesulid tərkibli dərman vasitələrinin istifadəsi yalnız həkimin fayda-risk qiymətləndirməsinə əsasən mümkündür və yalnız resept əsasında buraxılır.

Yuxarıda qeyd olunan məsələ bir daha “Elektron resept” və “Dərman vasitələrinin təqib və izləmə” sistemlərinin əhəmiyyətini vurğulayır. Belə ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan buraxılması mümkün olmayacaq. Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən, onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaqdır. Əks təqdirdə həmin dərman vasitələrinin satışı mümkün olmayacaq. Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir”, - deyə məlumatda əlavə edilib.

Qeyd edək k,  açıqlamada digər ölkələrin təcrübələrindən də  bəhs edilib.

Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir. Digər bir qrup ölkələrdə, əgər risklər idarə edilə bilirsə yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur.  Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə məsələn İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstanda və s. istifadəsinə icazə verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Bütün xəbərlər
Bu gün, 17:29

Sel çaya qalaq-qalaq zibil gətirdi

Bütün xəbərlər
Bu gün, 16:20

Sürücü qəza törətdi – Anbaan görüntülər

Bütün xəbərlər
Bu gün, 14:54

Gəncənin yaxınlığında qarayara infeksiyası ilə bağlı postlar qurulub – DEZİNFEKSİYA

Bütün xəbərlər
Bu gün, 14:47

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Bütün xəbərlər
Bu gün, 14:02

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:51

Sifarişli qətlə görə beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 12:18

Ötən gün 62 cinayətin açılması təmin olunub

Bütün xəbərlər
Bu gün, 11:48

Tariyel Yusifzadə yenidən "Gəncə"də

Bizim fəxrimiz
Bu gün, 11:14

Gəncəli tələbə Koreyanın nüfuzlu universitetində təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 10:46

İyulda 876 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Bütün xəbərlər
Bu gün, 10:14

Premyer Liqada mövsüm Tovuzda başlayır

Bütün xəbərlər
Bu gün, 09:34

Gəncədə yaradıcı şəxslər üçün VAKANSİYA

Bütün xəbərlər
Bu gün, 09:31

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə ənənə: Yol qazılıb, asfaltlanmayıb

Bütün xəbərlər
Dünən, 18:00

İçki və tütünə verilən pullar artıb

Bütün xəbərlər
Dünən, 17:43

Hacıkənddə istirahət guşəsi zibillənib

Bütün xəbərlər
Dünən, 16:38

Azərbaycanda cinayət törədən qadınların sayı ARTIB

Bütün xəbərlər
Dünən, 16:04

FHN əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 15:26

Gəncəyə gətirilən xəstələr QARAYARAYA YOLUXUBLARMIŞ

Bütün xəbərlər
Dünən, 14:04

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:03

Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb

Bütün xəbərlər
Dünən, 12:09

Zəhərlənənlərin sayı 11-ə çatdı – YENİLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:14

Gəncədə tanınmış ziyalı vəfat edib

Oxşar xəbərlər