Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Gencexeber.az məlumat verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Sürücü Elvin Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.