Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən Azərbaycan Bayrağı küçəsində və Comərd Qəssab türbəsinin ətrafında genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.
Gencexeber.az bildirir ki, qurumun canlı qüvvə və texnikaları vasitəsilə adıçəkilən ərazilər məişət və digər tullantılarından, alaq otlarından və kollardan təmizlənib. Mövcud zibil konteynerləri boşaldılıb, ətrafı təmizlənərək səliqə-sahman yaradılıb.
Əraziyə yığılan tullantıların daşınması təmin edilib. Comərd Qəssab türbəsinin ətrafında yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.
