top
Mirvarid Dilbazinin anadan olmasından 114 il ötür
19 avqust 2026, 09:33
- ↺ +

Mirvarid Dilbazinin anadan olmasından 114 il ötür

Bu gün Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

Gencexeber.az xatırladır ki, o, 1912-ci ildə Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.

Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.

M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.

O, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib.  

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər