Mingəçevirdə evdə partlayış olub.
Gencexeber.az məlumat verir ki, hadisə mayın 4-ü şəhərin Məhsəti küçəsində qeydə alınıb.
Belə ki, mənzildə qaz sızması nəticəsində ani partlayış baş verib.
Hadisə zamanı həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlin yanıq xəsarətləri alıb.
Partlayış nəticəsində evə ciddi ziyan dəyməyib.