Səhər saatlarında Mingəçevirdə fərdi evdə yanğın olub.
Gencexeber.az məlumat verir ki, hadisə Heydər Hüseynov küçəsində yerləşən həyət evində baş verib.
5 otaqlı evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə daha da genişlənib.
Hadisə yerinə gələn yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində evin digər hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.