Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub.
Qəza nəticəsində iki nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.