top
Məzahir Pənahovun oğlu hamilə arvadına işgəncə verib? – ŞOK İDDİA
02 may 2025, 15:12
- ↺ +

Məzahir Pənahovun oğlu hamilə arvadına işgəncə verib? – ŞOK İDDİA

 

Tovuzlu məmurun oğlunun hamilə arvadına işgəncə verdiyi iddia olunur.

Haqqin.az redaksiyasına zorakılığın qurbanı olan qadın müraciət edib. Məlum olub ki, ona qarşı vəhşilik edən şəxs əri, MSK sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovdur. Maraqlıdır ki, hadisə ABŞ-də baş verib, Azərbaycana qaçan qadın canını güclə xilas edə bilib.

38 yaşlı qadın 2022-ci ilin 28 iyun tarixində Məhəmmədlə Bakıda ailə qurub. Sonra cütlük Los-Ancelesə köçüb. Heç bir yerdə işləməyən Pənahov 2 milyon 35 min dollara Los-Ancelesin Hollivud ulduzları yaşayan prestijli məhəlləsi - Bel-eyrdə dəbdəbəli malikanə alıb. Yeni ailənin pul cəhətdən də korluğu olmayıb. İmkanlı ata sayəsində Britaniya, Amerika və Dubay banklarında olan hesablardakı milyonlar sağa-sola xərclənib.

Məhəmməd köhnə vərdişlərinə qayıdana qədər hər şey yaxşı gedib. Amma sonradan o, yenidən spirtli içkilərə qurşanıb. Məsələn, Pənahov bir dəfəyə 26 şüşə pivə içə bilirdi. Sonra isə boş şüşələri hamilə qadına tərəf tolazlayırdı. İçkinin təsirindən yaranan halüsinasiyalar aqressiya törətdi və Məhəmməd qan, zorakılıq eşqinə düşdü. Qadın belə vəziyyətlərin birində qarnındakı körpəsini də itirib. Övlad itkisi ilə yanan qadın 17 ay dözərək sonradan Kaliforniyadakı villadan qaçmaq qərarına gəlir. Onun valideynləri dəfələrlə Kaliforniya polisinə müraciət etsələr də, qadın sadəcə Bakıya qaçmaqla xilas ola bilib. Amma Pənahov ona Bakıda da rahatlıq verməyib. Məhəmməd onu hədələyir, hər gün zəng edir və ölümlə qorxudurdu. Bundan bezən qadın boşanmaq üçün Binəqədi məhkəməsinə üz tutur. Amma uğursuzluq onu burada da təqib edir. Məhəmməd təkcə arvadını yox, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələməyə başlayıb. O, tələb edir ki, arvadı ABŞ-yə qayıtsın və əvvəlki həyatına davam etsin.

Biçarə qadın hazırda xilas olmaq və qurtulmaq üçün DİN-ə, ombudsmana və zorakılığa məruz qadınların yerləşdirildiyi sığınacağa müraciət edib.

Qeyd edək ki, Məzahir Məhəmməd oğlu Pənahov 13 mart 1951-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya gəlib. Fizika-riyaziyyat elmləri doktoru və professor, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədridir.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər