top
Məhsəti qəsəbəsinin sakini: Belə vicdansızlıq olar?
Video
03 mart 2026, 09:32
- ↺ +

Məhsəti qəsəbəsinin sakini: "Belə vicdansızlıq olar?"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə yağan güclü yağış şəhərin bəzi ərazilərində ciddi fəsadlar törədib.

Gencexeber.az-ın məlumatına görə, intensiv yağıntı nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Qəsəbədə 10-a yaxın fərdi yaşayış evini su basıb. Yaşayış massivinin əsas küçələrindən biri isə sel sularının altında qalıb.

Leysan xarakterli yağışdan sonra yaranan sel qəsəbədə həm piyadaların, həm də avtomobillərin hərəkətində ciddi çətinliklər yaradıb. Sakinlərin sözlərinə görə, bu problem illərdir təkrarlanır.

Qəsəbə sakinləri qeyd ediblər ki, küçəyə dolan sel suları bir çox fərdi yaşayış evinə maddi zərər vurub. Bundan əlavə, yağışlı havalarda əraziyə nə təcili tibbi yardım avtomobili, nə də taksi daxil ola bilir. Sakinlərin sözlərinə görə, yağıntı o qədər güclü olur ki, küçə sanki çaya çevrilir.

Səhər saatlarında işə yollanan yaşlı qadın sözügedən vəziyyətlə üzləşərək narazılığını gizlədə bilməyib. O, yaranmış mənzərəyə etiraz edərək müxbirimizə "Belə vicdansızlıq olar?" sualı ünvanlayıb.

Məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, artıq qurum tərəfindən Məhsəti qəsəbəsində intensiv yağışlar zamanı suların kənarlaşdırılması məqsədilə 400 metr uzunluğunda yeni drenaj xətləri çəkilib. Habelə 3 ədəd yağış barmaqlığı və nəzarət-baxış quyusu inşa edilib. Mövcud problem "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin icrasından sonra tam həllini tapacaq.

Sakinlər problemin tezliklə aradan qaldırılacağına ümid edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
06 noyabr 2026, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
06 noyabr 2026, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Oxşar xəbərlər