Göygöl rayonunda sürücü idarə etməni itirərək avtomobilini reklam lövhəsinə çırpıb.
Gencexeber.az məlumat verir ki, hadisə Gəncə - Göygöl magistral avtomobil yolunda qeydə alınıb.
Azər Verdiyev "Ceat" markalı maşını yüksək sürətlə idarə edərkən maşını reklam lövhəsinə çırpıb.
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.