Tovuzda ölümlə nəticələnən qəza baş verib.
Gencexeber.az bildirir ki, qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 1990-cı il təvəllüdlü Röyal Həsənov idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.