Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu haqda 2 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
3-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini M.Rzayev saxlanılıb. O, şəhər ərazisindəki mağazaların birindən 15.000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.