Gəncədə məhkumun əvvəllər gizlətdiyi silah tapılıb. Bu haqda 25 oktyabr tarixində Penitensiar Xidmətə istinadən məlumat veririk.
Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Gəncə şəhərinə girişdə, yolun kənarında basdırılan “Kalaşnikov” markalı avtomat tapılıb. Silahı 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum azadlıqda olarkən basdıraraq gizlədib.
Faktla bağlı araşdırma aparılır.