Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Goranboyda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.