"Kəpəz" futbol klubunda struktur dəyişikliyi həyata keçirilib.
Gencexeber.az bildirir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov İcraçı direktor vəzifəsinə təyin olunub.
Akademiyanın administratoru Fərid Heydərov isə İnfrastruktur meneceri kimi fəaliyyət göstərəcək.