top
“Kəlağayı xanımın abır, ismətini tərənnüm edir” – Gəncə brendinin təsisçisilə ÖZƏL MÜSAHİBƏ
30 aprel 2025, 18:00
- ↺ +

“Kəlağayı xanımın abır, ismətini tərənnüm edir” – Gəncə brendinin təsisçisilə ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın bugünkü müsahibi “Al Kəlağayım” Gəncə brendinin təsisçisi Elnarə Axundovadır.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- İxtisasım ingilis dili üzrə dilçi-filoloqdur. Milli dəyərlərə, tikmə üsullara, toxuculuq və müxtəlif parça üzərində tikmələrə uṣaq yaṣlarımdan marağım var. Nənəm və anam hazırlayanda diqqətimi çəkirdi. Asudə vaxtlarımda əl işlərinə zaman ayırırdım.

- Gəncə brendi yaratmaq fikri ilk dəfə nə zaman yarandı? 

- Təhsilimin magistr pilləsində Nizami yaradıcılığının tədqiqatı zamanı Azərbaycanın milli baş geyimi olan kəlağayının təsviri məndə bu baş örtüyünü dərindən tədqiq etməyə maraq oyatdı. Gənc nəsli unudulmaqda olan milli baş geyimləri haqqında məlumatlandırmağı, istifadəsinin təbliğatını aparmağı bir vətəndaş və gənc olaraq özümə borc bildim.

Bu səbəblə öncə Gəncədə tədqiqatlar apardım. Gəncənin ṣərbafçılarının (kəlağayı hazırlayan) izlərini araṣdıraraq onların ailələri ilə həmsöhbət oldum. Çox təəssüf ki, Gəncədə kəlağayı istehsalı olmadığından tədqiqatımı Nizami yurdu ilə yanaşı ətraf rayonlarda, o cümlədən ipəkçiliyin mərkəzi sayılan Şəki və İsmayıllı rayonunda apardım. Orada gördüyüm əyani proseslər, ipəyin toxunması, nəqqaṣların hər bölgəyə xas naxışlarla naxışlaması, təbii boyalarla boyaması bu işə marağımı daha da artırdı.

- Brendin adında “Gəncə”nin olması xüsusi bir səbəb daşıyırmı?

- Gəncədə istehsal prosesini qurmaq, şəhərimizə gələn qonaqlara Gəncədə qədim kəlağayı sənətinin əsrlərdən bəri mövcud olduğunu təqdim etmək istəyirdim.

Lakin şəhər şəraiti, mövcud maliyyə çətinlikləri kəlağayı sənətinin Gəncədə bərpasına mane yaratdı. Düşündüm ki, əgər  istehsal edə bilmiriksə, o zaman xanımlarımızı, gənc qızlarımızı kəlağayı ilə tanış edib, onun istifadəsini günlük həyatımıza daxil etməliyik. Bu səbəblə müxtəlif təşkilatların tədbirlərində, televiziya müsahibələrimdə, müxtəlif görüṣlərdə mədəni irsimizi təbliğ etməyə baṣladım. Bakıda, Gəncədə, xüsusilə “Gəncəsənət” sənətkarlıq və yaradıcılıq sərgisində kəlağayıları təqdim etdim.

Müəyyən bir zamandan sonra xanımlarımızdan “Elnarə xanım, yaxṣı olar ki, bir məkan olsun və biz  kəlağayıları oradan əldə edək” kimi geri dönüşlər alırdım. Bu səbəblə “Al Kəlağayım” Gəncə brendini yaratdım. Adımızda olan “Al” sözü yazın əvvəlində Gəncə çölündə açan al-qırmızı lalədən gəlir. Loqomuzda olan 5 dilimli çinar yarpağı isə Gəncənin simvolu olan çinarı əks etdirir.

- Gəncə brendində istifadə olunan naxışlar və rənglər hansı məna daşıyır?

- Demək olar ki, Azərbaycanda kəlağayı sənəti ilə məşğul olmuş, gəlmiş-keçmiş bütün sənətkarların işlərindən insan zövq alır. Hər biri fərqli məna daşıyır.

Tarixən Gəncədə ən çox istehsal olunan kəlağayı rəngləri ağzəmin (zəmini ağ, kənarı bənövṣəyi), yeri qara  üzəri ağ xallı, tünd göy kəlağayı (el arasında “badımcan” rəngi), soğanı, çəhrayı və qırmızı kəlağayı olub. Hər bir bölgə özünə məxsus naxışları ilə fərqlənib. Naxışlar isə həmin bölgəyə məxsus ağac, bitki və dağları təsvir edərək seçilirdi.

Gəncənin ən məşhur naxışı mismar başlığı ilə kərpiclərin (romb) üfüqi istiqamətdə düzülməsi, üzüm tənəyinin sarmaşığı və yarpağı, yarı açılmış lalə çiçəyi, qaz ayağı və mənim müəllifi olduğum çinar yarpağıdır…

Ənənəvi elementləri müasir dəbə uyğun müxtəlif bölgələrin naxışları ilə sintez olunaraq xanımlara təqdim olunur.

- Bir kəlağayının dizaynından satışa çıxarılmasına qədər proses neçə mərhələdən ibarətdir?

- Bir kəlağayının hazırlanması prosesinin müddəti onun neçə rəng olacağından asılı olaraq dəyiṣir. Sadə, naxışlı və 2 rəngli kəlağayılar iki günə hazır olur. Naxıṣ mürəkkəbləşdikcə və rəng çoxaldıqca istehsal prosesi də uzanır.

- Sizin üçün kəlağayı sadəcə bir aksesuardır, yoxsa daha dərin bir anlam daşıyır?

- Kəlağayı ilk öncə xanımın xanımlığını, abır, ismətini tərənnüm edir. Sonra isə milli geyimlərimizin ayrılmaz hissəsidir.

- Brendinizin beynəlxalq bazarlarda təqdimatı planı necədir?

- Gələcək planlar sırasında kəlağayının istehsalı və beynəlxalq bazarda təqdim olunmasıdır: reklam çəkiliṣləri, kəlağayı modellərinin təqdimatı, ölçüyə görə təsnifat.

- Brendi yaratmazdan əvvəlki həyatınızla indiki həyatınız arasında hansı fərqlər var?

- Brendi yaratmazdan öncə Elnarə müəllimə idim. Brendi yaradandan sonra “Al Kəlağaylı” Elnarə xanım oldum.

- Sizə görə bir qadını “güclü” edən nədir?

- Qadın hər zaman güclüdür. O, yalnızca övladlarının problemi qarşısında zəif olur. Qadını daha güclü edən isə özgüvən, özdəyər və əzmkarlıqdır. Sonda müsahibəmi “Al Kəlağayım” Gəncə brendinə məxsus bir ṣüarla bitirmək istəyirəm: “İpək sərvətimiz, kəlağayı ismətimizdir” .

Nəzrin Vahid

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Oxşar xəbərlər