top
Keçmiş kürəkənini bellə döydü, 7 min manat xərcə düşdü
25 iyun 2026, 16:01
- ↺ +

Keçmiş kürəkənini bellə döydü, 7 min manat xərcə düşdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaur Baxışovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

İttihama görə, hadisə Samux rayonu, Lək kəndində baş verib. Zaur Baxışov yaşadığı evin həyətində olarkən keçmiş kürəkəni, zərərçəkmiş Zahid Əmişov (adı, soyadı şərtidir) sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlib. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşını səsləyərək qadınla danışmaq istədiyini bildirib. Lakin qadın eks-ərinin bu istəyini rədd edib.

Bundan sonra Zahidin nalayiq ifadələr işlədərək həyətə daxil olması təqsirləndirilən şəxsin hiddətinə səbəb olub. O, əlində olan bel ilə Zahidin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirib. Hadisə nəticəsində Zahid Əmişov ağır xəsarətlər alıb.

Məhkəmə istintaqı zamanı Zaur Baxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, hazırda zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əmələ görə peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Zahid Əmişov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib. O, hadisə günü sərxoş vəziyyətdə olduğunu, baş verənləri tam xatırlamadığını və necə döyüldüyünü yadına salmadığını deyib.

Zərərçəkmiş şəxs həmçinin qeyd edib ki, Zaur Baxışov onun müalicəsi üçün indiyədək təxminən 7 min manat vəsait xərcləyib. Onun sözlərinə görə, tərəflər arasında barışıq əldə olunub və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbi yoxdur.

Hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, Zaur Baxışova şərti cəza verilib.

Mənbə: Pravda.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
06 noyabr 2026, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
06 noyabr 2026, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Oxşar xəbərlər