Gəncədə keçmiş məhkum yenidən saxlanılıb. Bu haqda 12 iyun tarixində Lent.az-a istinadən məlumat veririk.
Ölkəmizdə İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat keçirilir. Tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Kamal Quliyev saxlanılıb.
Qeyd edək ki, Kamal Quliyev İranyönümlü radikal dini qruplaşmanın üzvü olub. Həmin qrup üzvləri 2018-ci ildə Gəncədə ictimai asayişi pozmaqla hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməkdə təqsirli bilinərək həbs olunublar.