“Kəpəz” növbəti rəqibi ilə görüşüb. Bu haqda 21 oktyabr tarixində kluba istinadən məlumat veririk.
Gəncə təmsilçisi Tovuz şəhər stadionunda cari mövsümə olan ilk ev oyununu keçirib. “Sarı-göylər”in rəqibi Bakı klubu olan “Zirə” idi. Qarşılaşma Misli Premyer Liqasının X turu çərçivəsində baş tutub.
CBC sport telekanalında canlı yayımlanan matç qolsuz, heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, “Kəpəz” artıq ev oyunlarını Tovuz Şəhər Stadionunda keçirəcək. Buna səbəb Nizami yurdunda köhnə stadionun sökülərək yerində yenisinin tikilməsidir.