“Kəpəz” doğma meydanda növbəti oyununu keçirəcək. Bu haqda 28 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
Komandamız “Səbail” ilə qarşılaşacaq. Oyun 1 aprel tarixində saat 15:30-da Gəncə şəhər stadionunda təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutacaq.
Matçı canlı olaraq CBC Sport kanalında izləmək mümkün olacaq.
Xatırladaq ki, təmsilçimizin son oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.