Premyer Liqada ilk mövsümü olan “Kəpəz” təcrübəli komandalardan xal almağa davam edir. Bu haqda 17 mart tarixində xəbər veririk.
“Bakcell Arena”da keçirilən oyunda təmsilçimiz dəfələrlə ölkə çempionu olmuş “Neftçi”nin başına bəla olub. Oyunun 2-ci hissəsində baxımlı qol ilə hesabı açan “Kəpəz” oyunun sonunda 2:2-lik bərabərliyə razılaşıb.
Beləliklə, güclü rəqibini Bakıda büdrədən “Kəpəz” “Neftçi” ilə oyunlardakı ardıcıl 5 oyunluq məğlubiyyət seriyasına son qoyub və 5 ildən sonra ilk dəfə rəqibindən xal alıb.