Gəncə təmsilçisi rəqibinin qonağı olacaq. Bu haqda 23 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.
Matç Misli Premyer Liqasının XXXII turu çərçivəsində baş tutacaq. “Kəpəz”in növbəti rəqibi “Qəbələ” olacaq.
Oyun 28 aprel tarixində saat 15:30-da keçiriləcək. Rəqiblər Qəbələ Şəhər Stadionunda qələbə uğrunda mübarizə aparacaqlar.
Matç CBC Sport telekanalında canlı olaraq yayımlanacaq.