Gəncə təmsilçisi əcnəbi futbolçu ilə anlaşıb. Bu haqda 12 oktyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz”in növbəti transferi portuqaliyalı İqor Rodriqes olub. 28 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. O daha öncə Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.