Gəncə futbol təmsilçisi növbəti yoxlama matçını keçirib. Bu haqda 23 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamızın hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyunu baş tutub. Rəqib ölkəmizdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu olub.
Matç "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızdan qolları ilk hissədə Lassana Ndiaye və Kərim Lkoça vurub.