Gəncə təmsilçisi rəqiblərinə qarşı uğurlu mübarizə aparır. Bu haqda 23 aprel tarixində Kəpəz akademiyasına istinadən məlumat veririk.
Söhbət “Kəpəz”in U-14 liqasındakı komandasından gedir. Təmsilçimiz iştirak etdiyi liqanın final mərhələsinə yüksəlib.
Komanda III mərhələnin son oyununda səfərdə Ağcabədinin "Olimpiya" kollektivi ilə qarşılaşıb. Matç “Kəpəz”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da təmsilçimiz finala vəsiqə qazanıb.
Qeyd edək ki, komandanın məşqçisi İlqar Hüseynovdur.