Gəncə təmsilçisi növbəti müqavilə imzalayıb. Bu haqda 13 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” daha bir futbolçunu icarəyə götürüb. Söhbət Elmir Tağıyevdən gedir. 23 yaşlı yarımmüdafiəçi bir il müddətinə "Səbail" klubundan icarəyə alınıb.
Xatırladaq ki, bundan öncə “sarı-göylər” “Qəbələ”dən Rüfət Əhmədovu icarəyə götürmüşdü.