Gəncənin futbol klubu yeni transfer həyata keçirib. Bu haqda 6 iyul tarixində kluba istinadən məlumat veririk.
Komandanın heyətini gücləndirən “Kəpəz” yeni futbolçu ilə anlaşıb. Təmsilçimiz "Qəbələ"dən bir illik müddətə Rüfət Əhmədovu icarəyə götürüb. 21 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir.
Qeyd edək ki, Əhmədov, həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alır.