Gəncə təmsilçisi daha bir futbolçu ilə müqavilə bağlayıb. Bu haqda 6 sentyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
“Sarı-göylər” 21 yaşlı qanalı yarımmüdafiəçini heyətinə cəlb edib. “Kəpəz” Ezekiel Morqan ilə müqavilə bağlayıb. Sənəd 2+1 illik imzalanıb.
Qeyd edək ki, futbolçunun son klubu vətənində "Tudu Mayti Gets" olub.