Gəncə təmsilçisi cərimə ödəməlidir. Bu haqda 12 oktyabr tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.
Misli Premyer Liqasının IX turu çərçivəsində “Sumqayıt” - “Kəpəz” oyunundan sonra klubumuz cərimə olunub. Buna səbəb oyun zamanı “sarı-göylər”in 4 futbolçusuna sarı vərəqə verilməsidir.
AFFA-nın “Kəpəz”ə yazdığı cərimənin məbləği 700 manat təşkil edir.