Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 15 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olub. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Ümumi sahəsi 15 kvadratmetr olan köməkçi tikilinin içərisinə yığılan əşyalar 7 kvadratmetr sahədə yanıb. Bundan başqa, yüksək temperatur lambirdən ibarət tavanı əridib.
Alov söndürülüb. Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.