Aprelin 20-də 9-cu siniflər üçün keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Gencexeber.аz məlumat verir ki, imtahanda iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçıları arasında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan ikisi Gəncə məktəblisidir.
Belə ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Quliyeva Elvira və Sadıqov Rəvan maksimum nəticə göstəriblər.