top
Hökumə Əliyevanın adını daşıyan zirehli maşın sülhməramlıların istifadəsinə veriləcək – FOTO
12 mart 2025, 18:23
- ↺ +

Hökumə Əliyevanın adını daşıyan zirehli maşın sülhməramlıların istifadəsinə veriləcək – FOTO

 

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.

Azertag.az xəbər verir ki, bu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.

Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.

Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq. “İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.

“Bu, “Arlan” zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər”, – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.

Qeyd edək ki, zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi “Kazakhstan Paramount Engineering” şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hökumə Əliyevanın adını daşıyan zirehli maşın sülhməramlıların istifadəsinə veriləcək – FOTO Hökumə Əliyevanın adını daşıyan zirehli maşın sülhməramlıların istifadəsinə veriləcək – FOTO Hökumə Əliyevanın adını daşıyan zirehli maşın sülhməramlıların istifadəsinə veriləcək – FOTO

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Dünən, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Dünən, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Oxşar xəbərlər