Azərbaycanda cəzaçəkmə müəssisələrində 2026-cı ilin birinci yarısında 35 nikah qeydə alınıb.
Bu, 2025-ci ilin eyni dövründəki 66 nikahla müqayisədə 47% azdır.
Ədliyyə Nazirliyindən bildirilib ki, cəzaçəkmə müəssisələrində 2025-ci il ərzində 113 nikah rəsmiləşdirilib.
Bu da 2024-cü ildə qeydə alınan 142 nikahdan 20% azdır.
Mənbə: anews.аz