Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.