Martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayon və şəhərlərində arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.