top
Həftəsonu magistraturaya qəbul imtahanı keçiriləcək
12 fevral 2025, 18:00
- +

Həftəsonu magistraturaya qəbul imtahanı keçiriləcək

 

Həftəsonu, fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək.

Gencexeber.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 13‑dən 27-dək aparılıb. İmtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib. Onlardan 20 min 57 nəfər Azərbaycan bölməsi, 1 869 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 14 min 17-si cari ilin, 7 min 909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 62, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15960, Naxçıvanda 540, Gəncədə 1458, Sumqayıtda 1627, Abşeronda 1078, Mingəçevirdə 838, Lənkəranda 425 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 85 ümumi rəhbər, 241 imtahan rəhbəri, 1989 nəzarətçi, 294 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 6-dan etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 15-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
Bu gün, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
Dünən, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
Dünən, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 iyul 2026, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
02 iyul 2026, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
02 iyul 2026, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
01 iyul 2026, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
01 iyul 2026, 13:31

Zibil atmağa sevgilisindən icazəsiz gedən qadın döyüldü

Bütün xəbərlər
01 iyul 2026, 12:36

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
01 iyul 2026, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
01 iyul 2026, 11:00

Hərbi xidmətə çağırış başladı

Oxşar xəbərlər